• Bakı 12° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Deputatın evinə silahlı BASQIN - Bahalı saatlar və seyf oğurlandı

DÜNYA

10 Noyabr 2025 | 00:45

Deputatın evinə silahlı BASQIN - Bahalı saatlar və seyf oğurlandı

Fransanın Eks-an-Provans şəhərində naməlum şəxslər Milli Assambleyanın deputatı Jero Verninin evinə giriblər. Hadisə zamanı dörd nəfərdən ibarət dəstə bahalı saatları, seyfi və xeyli miqdarda nağd pulu ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı evdə deputatın həyat yoldaşı olub.

O, basqından sonra ciddi psixoloji sarsıntı keçirib. Qadının sözlərinə görə, quldurlar maska və əlcək taxıblar. İlkin ehtimallara əsasən, bu hücum Fransanın Milli Assambleyasında son vaxtlar gərgin keçən müzakirələrlə bağlı ola bilər.

Hadisə ötən gün baş verib. Oğrular qarət etdikdən sonra Verninin evinin yaxınlığında saxlanılan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, Jero Verni Fransanın Aşağı Palatasına deputat seçilib və “Respublika uğrunda sağ ittifaq” partiyasının üzvüdür.


SON XƏBƏRLƏR

09 Noyabr 2025