Avropa İttifaqının (Aİ) 26 lideri ABŞ-Rusiya sammiti öncəsi Ukrayna və Avropanın təhlükəsizlik maraqlarının qorunmasının vacibliyini vurğulayıb.
Bakıvaxtı.az xəbər verir ki, liderlər Ukrayna xalqının gələcəyini özü müəyyən etmək hüququna malik olduğunu bildirib.
Belə ki, Aİ Ukraynaya siyasi, iqtisadi, hərbi və diplomatik dəstəyini davam etdirəcəyini açıqlayıb. Rusiyaya qarşı sanksiyaların da davam etdiriləcəyi qeyd olunub.
Bəyanatda Ukraynanın Aİ-yə üzvlük yolunda dəstəklənəcəyi bildirilib.
Əli Hüseynov