"Ermənistanın yolu həqiqətən sülh və inkişaf yolu olmalı, xarici qüvvələrin hegemon məqsədlərinə xidmət edən alətə çevrilməməlidir".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışığı zamanı İranın Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian Ermənistanın suverenliyinin qorunmasının və İrəvan–Bakı tranzit dəhlizinin reallaşdırılmasında istənilən hərbi və ya təhlükəsizlik qüvvəsinin müdaxiləsinin yolverilməz olduğunu vurğulayıb.
O, həmçinin Ermənistanın baş nazirini ABŞ-nin mümkün addımları barədə xəbərdar edib.
Prezidentin sözlərinə görə, Vaşinqton iqtisadi investisiyalar və sülhün təminatı adı altında Cənubi Qafqaz regionunda hegemon məqsədlərini həyata keçirə bilər.