• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Daha 34 əcnəbi Gürcüstandan deportasiya olundu - azərbaycanlı da var

DÜNYA

12 Avqust 2025 | 11:32

Daha 34 əcnəbi Gürcüstandan deportasiya olundu - azərbaycanlı da var

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində son günlər ərzində 34 əcnəbi ölkədən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları deportasiya edilib.

Qanunvericiliyə əsasən, onların Gürcüstana yenidən girişi qadağan olunub.

Nazirliyin açıqlamasında bildirilib ki, Miqrasiya Departamenti qeyri-qanuni miqrasiya ilə mübarizə aparır, qanunsuz şəkildə ölkədə olan xarici vətəndaşların müəyyənləşdirilməsi və deportasiyası da onun səlahiyyətlərinə daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026