• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Avstraliya Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb

DÜNYA

12 Avqust 2025 | 11:11

Avstraliya Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb

Avstraliya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişini alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatda bunun Cənubi Qafqazdakı uzunmüddətli münaqişənin həlli yolunda mühüm və ümidverici addım olduğu vurğulanır.

Avstraliya ABŞ Prezidenti Donald Trampın bu müsbət irəliləyişin əldə olunmasındakı rolunu yüksək qiymətləndirib.

"Biz hər iki tərəfi mümkün qədər tez bir zamanda hərtərəfli sülh sazişinin imzalanmasına başlamağa çağırırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, Avstraliya həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.


SON XƏBƏRLƏR

11 Avqust 2025