• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi

DÜNYA

05 Oktyabr 2025 | 14:49 | Müəllif: Subhan Mahmudov

İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur”. 

Bakıvaxtı.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.

Onun sözlərinə görə, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnə bilməz:

“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.

Xatırladaq ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz./Musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026