• Bakı 15° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Trampdan açıq hədə:  “...federal maliyyəni kəsəcəm”

DÜNYA

04 Noyabr 2025 | 09:05

Trampdan açıq hədə:  “...federal maliyyəni kəsəcəm”

ABŞ prezidenti Donald Tramp Zöhran Mamdaninin Nyu-Yorkun meri olacağı təqdirdə federal maliyyəni ciddi şəkildə "kəsəcəyini" bildirib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

"Əgər kommunist namizəd Mamdani Nyu-York meri seçkilərində qalib gəlsə, mən çətin ki, tələb olunan minimumdan artıq federal maliyyə ayıracam. Çünki kommunist hökuməti altında bir vaxtlar böyük olan bu şəhərin uğur qazanmaq, hətta sağ qalmaq şansı yoxdur! Kommunist hökuməti dövründə işlər daha da pisləşə bilər", - deyə Tramp sosial şəbəkə hesabında qeyd edib.

Nyu-York meri yarışı üçün son sorğular göstərir ki, Zöhran Mamdani ən yaxın rəqibi, Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kuomonu ikirəqəmli sayla qabaqlayır.

Fələstinə dəstəyi və İsrailin Qəzzada insan haqları pozuntularını tənqid etməsi ilə tanınan Mamdani qalib gəlsə, Nyu-Yorkun ilk müsəlman meri olacaq.

Murad Məmmədli


SON XƏBƏRLƏR

03 Noyabr 2025