• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Maska görə Trampdan sonra prezident bu şəxs olacaq

DÜNYA

04 Dekabr 2025 | 00:13 | Müəllif: Subhan Mahmudov

Maska görə Trampdan sonra prezident bu şəxs olacaq

“SpaceX” və “Tesla” korporasiyalarının qurucusu, ABŞ-də ləğv edilmiş Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask sabiq həmkarları ilə söhbətində ABŞ-nin növbəti prezidentinin Ceyms Devid Vens olacağını proqnozlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.

Məlumata görə, Mask bu fikri DOGE-nin əməkdaşları ilə görüş zamanı ifadə edib. O, Amerikanın “böyük on iki illik dövr” ərəfəsində olduğunu qeyd edib. Mask bu müddətə Trampın hazırkı dörd illik hakimiyyətini və Vensin mümkün iki prezidentlik müddətini (8 il) daxil edib.

Bildirilib ki, İlon Mask Cey Di Vens ilə yaxşı münasibətlər qurub.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR