• Bakı 15° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Qambiya sahillərində qayıq batdı - 7 ölü

DÜNYA

02 Yanvar 2026 | 09:54

Qambiya sahillərində qayıq batdı - 7 ölü

Atlantik okeanının Qambiya sahillərində miqrantları daşıyan qayıq aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qambiya polisi məlumat yayıb. Hadisə nəticəsində İspaniyaya məxsus Kanar adalarına qanunsuz yollarla çatmağa çalışan yeddi nəfər həlak olub. Paytaxt Bancul yaxınlığında aşan qayıqdan 96 nəfər xilas edilib. Faktla bağlı araşdırma başlanılıb.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Afrikadan Kanar adalarına dəniz yolu ilə təxminən 45 min qeyri-qanuni miqrant gəlib, onlardan 2 mini boğularaq həyatını itirib.


SON XƏBƏRLƏR

02 Aprel 2026