• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

IV əsrə aid məbəddə Meloninin üzü “peyda oldu” 

DÜNYA

31 Yanvar 2026 | 23:45

IV əsrə aid məbəddə Meloninin üzü “peyda oldu” 

İtaliyanın paytaxtı Romadakı tarixi “Lucina Bazilikasındakı San Lorenzo”da aparılan bərpa işləri ölkədə mübahisələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bərpadan sonra freskadakı mələk fiqurlarından birinin üzü İtaliyanın Baş naziri corciya Meloniyə bənzədilib və bu, ölkədə gündəm olub.

“La Repubblica” qəzetinin məlumatına görə, bazilikanın mərkəzində yerləşən və eramızın IV əsrinə aid bu tarixi məbədin bərpasından sonra freskalardan birindəki mələyin üz cizgilərinin “hər gün xəbərlərdə görünən və ölkənin ən güclü qadınlarından biri olan” Meloniyə oxşadığı iddia edilib.

Sosial mediada yayılan fotolar mələyin Meloniyə bənzədiyini göstərir.

Bazilikaya cavabdeh yepiskop Daniele Miçeletti məsələ barədə ANSA xəbər agentliyinə danışıb.

“Bu səhər qəzetdə xəbəri oxudum və bərpanı görməyə getdim. Həqiqətən, müəyyən oxşarlıq var, amma bərpaçıdan niyə belə etdiyini soruşmaq lazımdır. Orijinal mələk üzünün necə olduğunu bilmirəm”, - o qeyd edib.

Roma yeparxiyasından ANSA-ya verilən açıqlamada da qeyd olunub ki, Meloniyə bənzəyən mələk freskası “təəccüblə” qarşılanıb.

“Rəssamın müdaxiləsi aydındır, lakin biz niyyətdən xəbərsiz idik. Məsələni araşdırırıq”, - Yeparxiyadan bildirib.

Müxalifət partiyaları mədəniyyət naziri Alessandro Ciulidən bərpa ilə bağlı araşdırma aparmağı tələb edib.

Baş nazir Meloni isə sosial media hesabında freskanın fotosunu paylaşıb:

“Xeyr, mən qətiyyən mələyə bənzəmirəm”, – o istehzalı şəkildə yazıb.

Mübahisələrin mərkəzində olan bərpa direktoru Bruno Valentineti iddiaları təkzib edib:

“Kim deyir ki, bu üz Baş nazir Meloniyə aiddir? Kilsə keşişi də belə deməyib. Mən üz üçün 25 il əvvəlki dizayn və rəngləri istifadə etdim. Dəyişiklik edilməyib. Bütün mübahisələr uydurmadır”.


SON XƏBƏRLƏR

31 Yanvar 2026