“Ukrayna ABŞ tərəfindən gələcək görüşlərlə bağlı konkret məlumat gözləyir və gələn həftə keçiriləcək görüşləri səbirsizliklə gözləyir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Rustem Umerov gün ərzində məlumat verib. Biz ABŞ tərəfi ilə daim əlaqə saxlayırıq və onlardan gələcək görüşlərlə bağlı konkret fikirlər gözləyirik. Ukrayna bütün iş formatlarında işləməyə hazırdır. Nəticələrə nail olmaq və görüşlər keçirmək vacibdir. Gələn həftə keçiriləcək görüşləri səbirsizliklə gözləyirik; onlara hazırlaşırıq", - Zelenski deyib.
Zelenski çıxışında görüşün dəqiq vaxtı ilə bağlı heç bir məlumat verməyib.
Bakı 




