• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Amazon meşələrində onmilyonlarla ildir görülməyən proses baş verir

DÜNYA

02 Yanvar 2026 | 10:26 | Müəllif: Subhan Mahmudov

Amazon meşələrində onmilyonlarla ildir görülməyən proses baş verir

Tədqiqatçılar Amazon meşələrinin hazırda hipertropik vəziyyətə daxil olduğu barədə xəbərdarlıq edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bölgədə onmilyonlarla ildir belə proses görülməyib.

Elm adamları qeyd edirlər ki, yeni, daha isti iqlimin 2100-cü ilə qədər bölgədə adi hala çevriləcəyi və əsrin sonuna qədər tropik meşələrin daha şiddətli quraqlıqlardan əziyyət çəkəcəyi gözlənilir. Alimlərin fikrincə, bu iqlim dəyişikliyi kütləvi ağac məhvinə səbəb olacaq. Amazonda kütləvi ağac məhvi isə öz növbəsində planetimizin atmosferdən karbon qazını udmaq qabiliyyətini zəiflədəcək.

Tədqiqat müəlliflərinin sözlərinə görə, Amazonun yeni iqlim vəziyyətinə keçməsinin qarşısını almağın yeganə yolu istixana qazı tullantılarını azaltmaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026