Argentina ABŞ-dən aldığı ilk dörd ədəd "Stryker" zirehli döyüş maşını (AFV) təhvil alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın Buenos-Ayresdəki səfirliyi məlumat yayıb.
"Argentina ABŞ-dən aldığı ilk dörd ədəd "Stryker" zirehli döyüş maşını təhvil alıb ki, bu da onun döyüş qabiliyyətinin modernləşdirilməsində və Vaşinqtonla müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində mühüm addımdır", - deyə məlumatda bildirilir.
Səfirlik qeyd edib ki, Argentina ümumilikdə səkkiz zirehli döyüş maşını alıb. Qalan avtomobillər dekabrın 8-də ölkəyə gətiriləcək: "Avtomobillər, ehtiyat hissələri, təlim və texniki dəstək daxil olmaqla, tam paketin dəyəri 20 milyon dollardır".
Zeynəb Rzayeva
Bakı 



