İranın mərkəzində yerləşən Qum əyalətində silahlı şəxs ölkədə davam edən etirazlar və iğtişaşlar fonunda terror aktı törətməyə cəhd göstərib.
Bakıvaxtı.az-ın İranın "Tasnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qum əyalətinin qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Mürtəza Heydəri bildirib.
Onun sözlərinə görə İranın düşmənlərinin, xüsusən ABŞ Prezidenti və İsrailin Baş nazirinin hərəkətləri nəticəsində bəziləri ölkə daxilində xaos yaratmağa çalışırlar. Heydəri bildirib ki, Qumda terrorçu qruplarla əlaqəli silahlı şəxs qumbara ilə yoldan keçənləri öldürmək niyyətində olub. Lakin partlayıcı qurğu əlində partlayıb və o, ölüb.
Bakı 




