• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR

CƏMİYYƏT

02 Yanvar 2026 | 13:37

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.


SON XƏBƏRLƏR

01 Yanvar 2026