• Bakı C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Günəşdə üç güclü partlayış baş verib

CƏMİYYƏT

01 Fevral 2026 | 13:14

Günəşdə üç güclü partlayış baş verib

Fevralın 1-i səhər saatlarında Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Fevralın 1-də Moskva vaxtı ilə saat 5:05-də (Bakı vaxtı ilə saat 6:05-də) 4366 (N11E47) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən M1.7 partlayışı baş verib", - deyə məlumatda bildirilib.

Bundan əlavə M sinfindən daha iki partlayış (M1.0 və M1.9) qeydə alınıb və onlar müvafiq olaraq 19 və 27 dəqiqə davam ediblər.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.


SON XƏBƏRLƏR

31 Yanvar 2026