• Bakı C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Zaqatalada mehmanxanada yanğın olub

CƏMİYYƏT

01 Fevral 2026 | 09:12

Zaqatalada mehmanxanada yanğın olub

Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib. 

    Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

    Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb. 

    Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    31 Yanvar 2026