Gəncədə yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb.
Dərhal əraziyə Fövqəlhadə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bakı 




