• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Aǧdamda sürücü narkotiklə bağlı həbs olunub

HADİSƏ

03 Yanvar 2026 | 10:43 | Müəllif: Əli Hüseynov

Aǧdamda sürücü narkotiklə bağlı həbs olunub

Aǧdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

    M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR