Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan medianın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
18:17
Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində kənd sakini əmi şəxsi münasibətlər zəminində qardaşı uşaqlarına balta ilə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.
Bakı 




