• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Qaxda minik avtomobilləri toqquşub, yaralılar var

CƏMİYYƏT

01 Fevral 2026 | 13:51

Qaxda minik avtomobilləri toqquşub, yaralılar var

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəində baş verib. İlkin məlumata görə, hərəkətdə olan iki avtomobil toqquşub.

    Qəza zamanı avtomobillərin birində olan Sumqayıt şəhər sakinləri olan qaynata və gəlin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

    Qəza zamanı xəsarət alan şəxslərin Zaqatalaya qonaq getdikləri bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (Apa)


    SON XƏBƏRLƏR

    31 Yanvar 2026