• Bakı C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

ABŞ Polşadakı hərbi bazalara 500 milyon dollar ayıracaq

CƏMİYYƏT

03 Yanvar 2026 | 00:35

ABŞ Polşadakı hərbi bazalara 500 milyon dollar ayıracaq

ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar vəsait ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Tsesari Tomsik məlumat verib.

Onun sözlərinə görə, ABŞ hökuməti Polşada yerləşən Dravsko-Pomorsk, Povidz, Vrotslav və Lask şəhərlərindəki dörd hərbi bazalara 500 milyon dollardan artıq investisiya yatırılmasını nəzərdə tutan planı təsdiqləyib.

    Qeyd olunur ki, Polşa hakimiyyəti 2035-ci ilə qədər hər il ABŞ-ın ölkə ərazisindəki hərbi obyektlərinə 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.

    Hazırda Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib. ABŞ 2022-ci ilin fevralında respublikadakı hərbi kontingentinin sayını iki dəfə artırıb. Bundan əvvəl ölkədə 5 min amerikalı hərbçi xidmət edirdi. (Apa)


    SON XƏBƏRLƏR

    02 Yanvar 2026
    01 Yanvar 2026