• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı

CƏMİYYƏT

01 Fevral 2026 | 18:46

ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı

ABŞ-də yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynovdan yeni xəbər var.

Bakıvaxtı.az xəbər verir ki, bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılan alim artıq azad edilib və Buffalo şəhərinə qayıdıb.

Alim bu müddət ərzində olanlarla bağlı Facebook hesabında paylaşım edib:

 


Qeyd edək ki, Şövqi Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.


SON XƏBƏRLƏR

31 Yanvar 2026