• Bakı C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Ata və oğul "Azəriqaz"ın evə çağırdıqları əməkdaşını döyüblər?

CƏMİYYƏT

01 Fevral 2026 | 23:41

Ata və oğul Azəriqazın evə çağırdıqları əməkdaşını döyüblər?

Nizami rayonunun Keşlə qəsəbəsində "Azəriqaz"ın əməkdaşı M.Müzəffərovun abonent tərəfindən döyüldüyü iddia edilir.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu bildirib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.

Məlumata görə, əməkdaş ünvana çatdıqda vətəndaş atasının köməyi ilə ona fiziki zor tətbiq edib.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb, M.Müzəffərov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nizami rayonunun Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunublar və izahatları alınıb. Hadisə aidiyyəti qurum əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.

Hazırda müraciət üzrə araşdırma aparılır. Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertiza təyin olunacaq. Araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.


SON XƏBƏRLƏR

01 Fevral 2026
31 Yanvar 2026