2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu müşahidə olunacaq.
Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq.
NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petronun sözlərinə görə, Super Ay o qədər parlaq və böyük olacaq ki, başqa bir səma hadisəsi - Kvadrantid meteor yağışının müşahidəsini çətinləşdirəcək.
Məlumata görə, meteor yağışı məhz yanvarın 3-də pik nöqtəsinə çatacaq. Müşahidə üçün ən yaxşı vaxt isə yanvarın 4-də gecəyarısından sübhə qədər olacaq.
Bakı 




