Şəkidə qəza baş verib, xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Şəki şəhəri ərazisində baş verib.
"Opel" və "Hyundai" markalı iki minik avtomobilləri toqquşub.
"Opel"in sürücüsü və sərnişinləri - Pərviz Əhmədov, Rəşad Məmmədov xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




