• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Ağsu dolaylarında hərəkət çətinləşib - FOTO+VİDEO

CƏMİYYƏT

02 Yanvar 2026 | 14:03

Ağsu dolaylarında hərəkət çətinləşib - FOTO+VİDEO

Səhər saatlarından Ağsu rayonuna və dağlıq ərazilərə yağan qar günorta saatlarında daha da şiddətlənib.

Bakıvaxtı.az xəbər verir ki, qar yağması və havanın şaxtalı keçməsi səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində hərəkət çətinləşib. Əsasən dolaylı, sərt enişli-yoxuşlu ərazilərdə avtomobillərin hərəkəti tamamilə dayanıb. Bəzi nəqliyyat vasitələri sürüşərək yoldan çıxıb.

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollardakı vəziyyət barədə məlumat verilir. Vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Yol patrul xidməti avtomobillərinin müşayiəti ilə aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə qum və duz səpilir, təhlükəsizlik tədbirləri davam etdirilir.

 

 


SON XƏBƏRLƏR

01 Yanvar 2026