ABŞ Dövlət Departamenti Çinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimləri fonunda Pekini dialoqa və təmkinli olmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
"Çinin Tayvana və bölgədəki digər ölkələrə qarşı hərbi fəaliyyəti və ritorikası lazımsız şəkildə gərginliyi artırır. Biz Pekini təmkinli olmağa, Tayvana qarşı hərbi təzyiqi dayandırmağa və bunun əvəzinə konstruktiv dialoqa çağırırıq. ABŞ Tayvan boğazında sülhü və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli şəkildə, o cümlədən güc və ya məcburiyyət yolu ilə dəyişdirilməsinə qarşıdır", - bəyanatda deyilir.
Bakı 




