• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycanın valyuta ehtiyatları nə qədərdir?

İQTİSADİYYAT

02 Yanvar 2026 | 15:07

Azərbaycanın valyuta ehtiyatları nə qədərdir?

"Azərbaycan dünyada valyuta ehtiyatlarının ümumidaxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələrdəndir. Hazırda Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-dən 8 faiz çoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb:

"Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyluşunu artıran Neft Fodunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Əksər dövlətlərdə hələ də valyuta ehtiyatları ÜDM-in kiçik hissəsini təşkil etməkdədir. Müqayisə üçün qeyd edək ki, bu nisbət Sinqapurda 66, Rusiyada 17, Braziliyada 14, Çində 6.2 faizdir. Avropa ölkələrində isə ümumiyyətlə bu nisbət aşağıdır. Məsələn, Almaniyada bu göstərici cəmi 0.7 faizdir.

İqtisadiyyatı böyük olan sənaye dövlətlərində ÜDM-in həcmi bu nisbətə təsir göstərsə də, “orta güc” dövlətləri üçün valyuta ehtiyatlarının həcmi olduqca əhəmiyyətlidir. Bu iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir".


SON XƏBƏRLƏR

01 Yanvar 2026