• Bakı C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Bakıda iki nəfər 75 yaşlı qadına qarşı yardım adı ilə soyğunçuluq etdi

CƏMİYYƏT

02 Yanvar 2026 | 14:33

Bakıda iki nəfər 75 yaşlı qadına qarşı yardım adı ilə soyğunçuluq etdi

Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını taladığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

01 Yanvar 2026