İtaliyada dekabrın 31-dən yanvarın 1-nə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə statistikanı İtaliyanın Daxili İşlər Nazirliyi (DİN) açıqlayıb.
Məlumata görə, 2026-cı ildə baş verən bu cür insidentlər nəticəsində 54 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ölüm hadisəsi Romada qeydə alınıb. Belə ki, paytaxtda 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.
Yaralananlar arasında 68 yetkinlik yaşına çatmayan şəxs də var. DİN-in məlumatına əsasən, Yeni il gecəsi nizamsız atəş açmaq ənənəsinin yayıldığı Kazerta şəhərində 9 yaşlı uşaq əlindən güllə yarası alıb.
Bakı 




