• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Türkiyədə tekstil fabrikləri bir-bir BAĞLANIR - VİDEO

DÜNYA

01 Yanvar 2026 | 15:04

Türkiyədə tekstil fabrikləri bir-bir BAĞLANIR - VİDEO

Türkiyənin tekstil və geyim sektoru son 30 ilin ən ağır iqtisadi böhran dövrünü yaşayır.

Bakıvaxtı.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 2025-ci ilin ilk yarısında tekstil və konfeksiyon sahəsində 3 mindən çox şirkət fəaliyyətini dayandırıb, təxminən 56 minə yaxın işçi isə işini itirib.

Sektorda yaşanan ciddi çətinliklər bir çox istehsalçını ölkə xaricinə yönəldib. Belə ki, çoxsaylı tekstil fabrikaları istehsal sahələrini Türkiyədən əsasən Misir olmaqla digər ölkələrə köçürür.

Mütəxəssislər bunu artan istehsal xərcləri, enerji qiymətləri və vergi yükü ilə əlaqələndirirlər.

Mövcud vəziyyət həm işsizlik problemini dərinləşdirib, həm də Türkiyənin ənənəvi aparıcı sahələrindən biri olan tekstil sektorunun gələcəyi ilə bağlı narahatlıqları artırıb. Sənaye nümayəndələri isə hökumətdən təcili dəstək və stimullaşdırıcı addımlar gözlədiklərini bildirirlər.


SON XƏBƏRLƏR

31 Dekabr 2025