Ermənistan hökumətinin orduda kilsə xidmətini ləğv etməsi silahlı qüvvələrə böyük ziyan vuracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan bildirib.
O iddia edib ki, silahlı qüvvələrdə kilsə xidməti qoşunların mənəvi və psixoloji vəziyyətində, hərbçilər arasındakı münasibətlərdə, təhsil və tərbiyə proseslərində böyük rol oynayıb:
“Bu qurumun orduda ləğv edilməsi qoşunlardakı atmosferə, insan münasibətlərinə və müvafiq olaraq döyüş effektivliyinə böyük ziyan vuracaq”.
Bakı 




