• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Avropada ötən il təbii qaz orta hesabla 9 % bahalaşıb

DÜNYA

01 Yanvar 2026 | 15:05 | Müəllif: Əli Hüseynov

Avropada ötən il təbii qaz orta hesabla 9 % bahalaşıb

2025-ci ilin yekunlarına görə Avropada təbii qazın orta qiyməti 9 % artaraq, hər 1 000 kubmetr üçün təxminən 422 ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Londonun ICE birjasının fyuçerslər haqqındakı məlumatları göstərir.

Qiymətin artmasına qış mövsümü üçün anbarların erkən doldurulması təsir edib. Anbarlar rekord LNG idxalı hesabına doldurulub.

2025-ci il dekabrın 31-də ticarət 1 000 kubmetr üçün 344 ABŞ dolları səviyyəsində və 2024-cü ilin sonuna nisbətən 36 % aşağı bağlanıb.

Ötən ilin son günlərində qiymətlərin bir qədər artması Avropada soyuqların düşməsi fonunda baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026