Almaniyanın "Nürnberq" klubu 2025-ci ilin ən yaxşı 10 qolunu açıqlayıb.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda komandanın sabiq üzvü, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.
Onun məhz hazırda şərəfini qoruduğu "Kayzerslautern"in qapısına vurduğu qol 3-cü pilləyə layiq görülüb.
Xatırladaq ki, Mahir ötən mövsüm "Nürnberq"in formasını geyinib. O, 2025-ci ilin yayında "Kayzerslautern"ə keçib.
Bakı 




