• Bakı C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

"Paris" klubu Çiro İmmobileni transfer etməyə yaxındır

İDMAN

31 Yanvar 2026 | 14:20

Paris klubu Çiro İmmobileni transfer etməyə yaxındır

Fransanın "Paris" klubu hücumçu Çiro İmmobilenin transferi ilə bağlı İtaliya təmsilçisi "Bolonya" klubu ilə danışıqlar aparır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflərin müqavilə şərtləri üzrə razılığa gəlməyə yaxın olduqları bildirilir. Transferin baş tutması üçün son qərarı futbolçunun özü verməlidir. İtaliyalı hücumçu razılıq verdikdən sonra tibbi müayinədən keçəcək.

Cari mövsüm Çiro İmmobile bütün turnirlər daxil olmaqla 9 oyunda meydana çıxsa da, hələlik qol hesabını aça bilməyib.

Qeyd edək ki, 35 yaşlı futbolçunun "Bolonya" ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına əsasən, onun hazırkı transfer dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR

30 Yanvar 2026