• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

İmmobile Avropa nəhənginə keçir

İDMAN

31 Yanvar 2026 | 19:01

İmmobile Avropa nəhənginə keçir

Təcrübəli hücumçu Çiro İmmobile cari qış transfer pəncərəsi bağlanana qədər Fransanın "Paris" klubuna keçməyə hazırlaşır.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, İtaliyanın "Bolonya" və Fransanın "Paris" klubları arasında razılıq artıq tam əldə olunub. Hazırda futbolçu rəsmi müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçir. Transferin rəsmiləşməsindən sonra İmmobile 2026-2027-ci il mövsümünün sonuna qədər Paris təmsilçisinin formasını geyinəcək.

35 yaşlı Çiro İmmobile Avropa futbolunda kifayət qədər zəngin karyeraya malikdir. O, daha əvvəl "Latsio", "Yuventus" və "Borussiya Dortmund" kimi nəhəng klublarda çıxış edib. Həm bu klublarda, həm də İtaliya millisində iştirak etdiyi turnirlərin ən yaxşı bombardirlərindən biri olub.

Bu transfer "Paris" klubunun hücum xəttini dərhal nəticə verə biləcək təcrübəli bir oyunçu ilə gücləndirmək strategiyasının bir hissəsidir. Klub İmmobilenin Fransa Liqa 1-də böyük təsir yaradacağına inanır.


SON XƏBƏRLƏR