• Bakı C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı PAYLAŞIM - VİDEO

İDMAN

31 Yanvar 2026 | 14:27

“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı PAYLAŞIM - VİDEO

Qazaxıstan "Kayrat"ı klubu Tiktok sosial şəbəkə hesabında "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Almatı təmsilçisi Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə əlaqədar maraqlı video hazırlayıb.

“Kayrat" Liqa mərhələsini 1 xalla sonuncu - 36-cı pillədə tamamlayıb və turnirlə vidalaşıb, "Qarabağ" isə 22-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə əldə edib.

"Kayrat"ın videosunda klub və "Qarabağ" cizgi film obrazlarında təsvir olunub. Videoda "Kayrat" bildirir: "Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən".

Qazaxıstan təmsilçisi videonu "Pley-offda uğurlar" sözləri ilə şərh edib.

 


SON XƏBƏRLƏR

30 Yanvar 2026