• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Premyer Liqa: Lider "Sabah" səfərdə "Zirə"yə qalib gəlib

İDMAN

31 Yanvar 2026 | 18:55 | Müəllif: Əli Hüseynov

Premyer Liqa: Lider "Sabah" səfərdə "Zirə"yə qalib gəlib

Misli Premyer Liqasının XVIII turunda lider "Sabah" "Zirə"yə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər.

Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub.

Turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Şamaxı" isə "Kəpəz"i (2:0) məğlub edib. XVIII tura fevralın 1-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026