• Bakı C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

"Disney"ə milyardlarla dollar qazandırdı

ŞOU

01 Yanvar 2026 | 18:22

Disneyə milyardlarla dollar qazandırdı

Məşhur "Lilo & Stitch" Hollivud franşizasının qəhrəmanı olan yadplanetli Stitç "Disney"in 2025-ci ildə ən böyük maliyyə uğuru olub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, "Lilo & Stitch"in rimeyki dünya miqyasında 1.04 milyard dollar gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Stitç məhsullarının satış həcmi təkcə 2025-ci maliyyə ilində 4 milyard dolları keçib.

Film həmçinin "Disney+" tarixində ikinci ən yaxşı açılış göstəricisini nümayiş etdirib (5 gündə 14.3 milyon baxış).

Xatırladaq ki, orijinal cizgi filmi 2002-ci ildə ekranlara çıxıb.


SON XƏBƏRLƏR