• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rubio Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindən sitat gətirib

DÜNYA

01 Yanvar 2026 | 16:00 | Müəllif: Əli Hüseynov

Rubio Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindən sitat gətirib

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı "Xaç atası" filmindəki "Vito Korleone" obrazını təqlid edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Rubio ilə Rusiya nümayəndələri arasında görüş 2025-ci il fevralın 18-də Ər-Riyadda baş tutub. Nəşrin məlumatına görə, Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun qarşısında oturan Rubio Marlon Brandonun canlandırdığı mafiya başçısı "Vito Korleone"dən sitat gətirib.

Filmdə Brandonun personajı oğluna rəqib cinayətkar ailələrin təhdidləri barədə danışarkən belə deyir: "Mən bütün həyatım boyu ehtiyatsız olmamağa çalışıram. Qadınlar və uşaqlar ehtiyatsız ola bilərlər, amma kişilər yox".

Nəşrin məlumatına görə, amerikalı siyasətçi bu ifadədən Rusiya nümayəndələrinə nüvə gücləri arasında ünsiyyətə ehtiyac olduğunu çatdırmaq üçün istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026