• Bakı C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Moldova və Ukraynanın enerji təchizatında problem yarandı

DÜNYA

31 Yanvar 2026 | 15:23

Moldova və Ukraynanın enerji təchizatında problem yarandı

Moldovada Ukraynanın enerji sistemindəki ciddi problemlər səbəbindən elektrik təchizatında fasilələr yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Energetika Nazirliyi məlumat yayıb.

"Elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan "Moldelectrica" vəziyyətin sabitləşdirilməsi üçün qəza işləri aparır. Bir sıra yaşayış məntəqələrində elektrik təchizatı artıq bərpa edilib", - məlumatda bildirilib.

Öz növbəsində, Ukrayna mediası ölkənin enerji sistemində qəza səbəbindən hazırda Kiyev rayonlarında su təchizatının olmadığını vurğulayıb.

Bundan əlavə, Kiyev metrosunda nasazlıq səbəbindən qatarların hərəkəti və eskalatorların işi müvəqqəti dayandırılıb.


SON XƏBƏRLƏR

30 Yanvar 2026