NASA-nın Artemis II missiyası ilə insanlar 50 ildən sonra ilk dəfə Aya doğru uçuş edəcək.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, missiya fevralın əvvəlində (ən tez 8 fevral) həyata keçirilməlidir, lakin astronavtlar Ay səthinə enməyəcək.
Dörd astronavt Orion kosmik gəmisi və SLS raketi ilə Aya doğru uçacaq, Ayın ətrafında dövrə vuraraq onun uzaq tərəfini keçəcək və daha sonra Yerə qayıdacaq. Bu, 1972-ci ildə Apollo 17-dən bəri Ay yaxınlığına ilk insanlı missiya olacaq.
Artemis II-nin əsas məqsədi gələcək Ay enişləri üçün kosmik gəmi, raket və həyat təminatı sistemlərini sınaqdan keçirməkdir.
Missiya NASA-nın Ayda uzunmüddətli insan mövcudluğu və gələcək Mars uçuşları planında mühüm mərhələ sayılır./Milli.az
Bakı 




