"Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətləri daha da birləşdirməyi və əməkdaşlığın əsas sahələrinin inkişafında davamlılığı qorumağı hədəfləyir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın KTMT-yə sədrliyinin başlaması ilə əlaqədar verdiyi açıqlamada bildirilib.
Rusiya diplomatiyasının rəhbəri xatırladıb ki, 1 yanvar 2026-cı ildə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi öz üzərinə götürüb və öz səlahiyyət müddətini "Çoxqütblü dünyada kollektiv təhlükəsizlik: ortaq məqsəd, ortaq məsuliyyət" şüarı altında həyata keçirəcək.
Lavrov qeyd edib: "Rusiya əməkdaşlığın əsas sahələrinin inkişafında, o cümlədən bu yaxınlarda başa çatan Qırğızıstan Respublikasının sədrliyinin təşəbbüslərinin həyata keçirilməsində davamlılığı qoruyub saxlayacaq. Geosiyasi gərginlikləri nəzərə alaraq, biz KTMT üzv dövlətlərini daha da birləşdirmək, müttəfiqlik əlaqələrini gücləndirmək və əsas beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirmək kimi məqsədlər qoymuşuq. KTMT-nin Avrasiya dövlətləri və onların inteqrasiya birlikləri ilə əlaqə şəbəkəsini genişləndirməyə davam edəcəyik".
Aynur Babazadə
Bakı 




