• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Rumıniya Prezidenti 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb

DÜNYA

31 Yanvar 2026 | 20:52

Rumıniya Prezidenti 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb

Rumıniya Prezidenti Nikuşor Dan 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 2025-ci ildə protokol tədbirləri zamanı qəbul edilən və qiymətləndirmə komissiyasına təqdim olunan hədiyyələrin siyahısı Prezident Administrasiyasının saytında yer alıb.

Ən bahalı hədiyyə Böyük Britaniya kralı III Karlın imzası və həyat yoldaşı kraliça Kamillanın avtoqrafı ilə birlikdə təqdim edilən fotoşəkil olub. Komissiya bu hədiyyəni 3,5 min avro dəyərində qiymətləndirib. Hədiyyələr arasında, həmçinin Çoson sülaləsinin ənənəvi simvolu təsvir edilən ipək üzərində işlənmiş Koreya rəsm əsəri də var. Onun dəyəri 968 avro olaraq göstərilib.

Dövlət başçısı kilsə avadanlıqları, farfor dəstləri, albomlar, sikkələr və hətta qalstuk da daxil olmaqla ümumilikdə 40 hədiyyə qəbul edib. Ən ucuz hədiyyələr isə Moldovadan gətirilmiş üç rəsm əsəri olub – hər biri təxminən 5 avro dəyərində qiymətləndirilib.

Bütün hədiyyələr Prezident Administrasiyasının anbarına təhvil verilib.


SON XƏBƏRLƏR