İranın cənubundakı liman şəhəri Bəndər-Abbasda baş verən güclü partlayışdan sonra yayılan iddialara ölkə rəsmiləri tərəfindən aydınlıq gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiriyə qarşı sui-qəsd cəhdi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Agentliyin məlumatlı mənbəsi həm Təngsirinin hədəf alınması, həm də onun öldürülməsi barədə şayiələri qəti şəkildə təkzib edib.
Xatırladaq ki, hadisə Bəndər-Abbasın Müəllim bulvarında yerləşən səkkizmərtəbəli yaşayış binasında qeydə alınıb. Partlayışın gücündən binanın iki mərtəbəsi, yaxınlıqdakı mağazalar və bir neçə nəqliyyat vasitəsi tamamilə dağılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər həlak olub, ən azı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
***
18:52
Bu gün İranın Bəndər Abbas limanında və ölkə paytaxtının cənub-qərbində yerləşən Pərənd şəhərində partlayışlar baş verib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" yerli media yayıb.
Yerli vaxtla saat 13:45-də Bəndər Abbas şəhərinin Müəllim bulvarında yerləşən binada güclü partlayış baş verib. Yerli medianın verdiyi məlumata görə, hadisəyə yaşayış binalarından birində qaz sızmasının səbəb olduğu ehtimal edilir.
İtkilər barədə məlumat yoxdur. Hədəfin guya İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məcid Musəvi olduğu bildirilib, lakin İran mediası bunu təkzib edib.
Bakı 




