• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kiyevin enerji sistemi bərpa olunur

DÜNYA

31 Yanvar 2026 | 19:54 | Müəllif: Əli Hüseynov

Kiyevin enerji sistemi bərpa olunur

Hazırda Ukraynanın Kiyev vilayətinin kritik infrastrukturu bərpa edilib, şəbəkələrin texniki təhlükəsizliyi nəzərə alınmaqla, evlərə tədricən işıq verilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyasının başçısı Nikolay Kalaşnik teleqram kanalında bildirib.

"Kiyev vilayətində enerji sistemi bərpa rejimində işləyir. Kaskad qəzası nəticəsində elektrik enerjisinin təcili söndürülməsi tətbiq edilib. Hazırkı vəziyyətə görə vilayətin kritik infrastrukturu bərpa edilib, evlərə elektrik enerjisinin verilişi qismən həyata keçirilir. Çünki şəbəkələrin texniki təhlükəsizliyi nəzərə alınmalıdır", - o yazıb.

Onun sözlərinə görə, belə bir rejim sistemin həddindən artıq yüklənməsinin və təkrar nasazlıqların qarşısını almaq üçün lazımdır.

Bundan əlavə, Kiyevdə paytaxt metrosunun bütün xətlərində hərəkət bərpa edilib, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib.

"Metro hər üç xətdə normal rejimdə işləyir. "Lesnaya" – "Akademqorodok" stansiyaları arasında qırmızı xətt üzrə qatarların hərəkəti bərpa edilib, interval - 6 dəqiqədir. Həmçinin qrafik üzrə mavi xəttdə qatarlar arasında interval bərpa olunub - 6 dəqiqə", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026