• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəlib

DÜNYA

31 Yanvar 2026 | 19:22

Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəlib

Mozambikdə son sutkada vəba səbəbindən azı 12 nəfər ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Lusa" agentliyi Mozambik Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin açıqlamasına əsasən, son 24 saatda yeni yoluxma halları 135 artaraq, 2025-ci ilin sentyabrında epidemiya başlayandan ümumilikdə 3 449-a yüksəlib. Bu göstəricidən 1 576 yoluxma Nampula, 1 334-ü isə ölkənin mərkəzində yerləşən Tete şəhərinə aiddir.

Bundan əvvəlki epidemiya (2024-cü ilin oktyabrı – 2025-ci ilin iyulu) zamanı 4 420 yoluxma qeydə alınıb, onların 3 590-u Nampulada qeydə alınıb.

Mozambikin səhiyyə naziri Usseni İssenin sözlərinə görə, vəba ilə mübarizə üçün hökumət xaricdən 3,5 milyon doza vaksin alıb. Məqsəd 2030-cu ilə qədər xəstəliyin dövri epidemiyalarına son qoymaqdır.


SON XƏBƏRLƏR