• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mask maliyyəçi Epşteynlə yazışmalarından danışdı

DÜNYA

31 Yanvar 2026 | 20:49 | Müəllif: Əli Hüseynov

Mask maliyyəçi Epşteynlə yazışmalarından danışdı

"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, texnomaqnat İlon Mask maliyyəçi Ceffri Epşteyndən dəfələrlə dəvət aldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

İ.Mask hər dəfə məşhur maliyyəçinin adasına baş çəkməkdən imtina etdiyini deyib.

"Mən Epşteynlə çox az yazışmışam və onun adasına baş çəkmək üçün təkrarlanan dəvətlərdən imtina etmişəm. Amma yaxşı bilirdim ki, bəzi elektron poçt yazışmalarımız səhv şərh oluna və bədxahlar tərəfindən mənim adıma ləkə vurmaq üçün istifadə edilə bilər", - Mask etiraf edib.

Daha əvvəl bildirilmişdi ki, maliyyəçinin işi ilə bağlı prokurorluq tərəfindən dərc edilmiş materiallarda məşhur amerikalı sənətçilər Eminem, Merilin Menson, cinsi istismarda ittiham olunan Şon Kombs (Diddi) və bir sıra digər tanınmış şəxslərdən bəhs olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026