• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İtaliyada Yeni il gecəsi 283 nəfər yaralanıb - SƏBƏB

DÜNYA

01 Yanvar 2026 | 19:32

İtaliyada Yeni il gecəsi 283 nəfər yaralanıb - SƏBƏB

İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq statistikanı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

2026-cı ildə ağır xəsarətlərlə 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı Romada qeydə alınıb: 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.

Yaralananlar arasında 68 azyaşlı var. Qurumun məlumatına görə, Neapol yaxınlığındakı Kazerta şəhərində Yeni il gecəsi 9 yaşlı uşaq əlindən güllə yarası alıb.

Nazirliyin məlumatına əsasən, xəsarət alanların sayı ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, ötən il 309 nəfər yaralanmışdı.


SON XƏBƏRLƏR